Lavrov Ukrayna münaqişəsini çözməyə şərt qoydu

saytların hazırlanması

Evə çatdırılma

Lavrov Ukrayna münaqişəsini çözməyə şərt qoydu

Dünya

16 İyul 2024 19:43 747


Ukraynaya dair böhranın siyasi və diplomatik yolla həlli Rusiya üçün təhlükələrin aradan qaldırılmasına yönəlmiş konkret addımlarla müşayiət olunmalıdır.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Siyasi və diplomatik nizamlanma Rusiya Federasiyasına Qərb, Avro-Atlantik istiqamətdən gələn təhdidləri aradan qaldırmaq üçün konkret addımlarla müşayiət olunmalıdır”, - deyə nazir BMT Təhlükəsizlik Şurasının “Çoxtərəfli əməkdaşlıq” mövzusunda keçirilən iclasında çıxışı zamanı deyib. Dominos pizza

Onun sözlərinə görə, qarşılıqlı təminatlar və razılaşmalar barədə razılığa gələrkən, “biz həqiqətən bərabər və bölünməz təhlükəsizliyin bütün qitə arxitekturasının formalaşdığı Avrasiya qitəsində yeni geostrateji reallıqları nəzərə almalı olacağıq”.

“Biz maraqlar tarazlığını tapmağa hazırıq”, - deyə rusiyalı nazir vurğulayıb.

Lavrovun sözlərinə görə, ABŞ və müttəfiqlərinin hərəkətləri beynəlxalq əməkdaşlığa və daha ədalətli dünya qurulmasına mane olur. O, Vaşinqtonun “Rusiya ilə Almaniya və bütövlükdə Avropa arasında qarşılıqlı faydalı enerji əməkdaşlığının təməllərini partlatmaq üçün hər şeyi etdiyini” vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Almaniyada yüksək dəqiqlikli zərbə sistemlərinin yerləşdirilməsi qərarını “Almaniya üçün təhqir” adlandırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!