Prezidentliyə namizəd Zahid Orucun seçkilərlə bağlı Yenisabah.az-a müsahibəsi:
- Bəzi insanlar tərəfindən növbədənkənar prezident seçkilərinin qış fəslində keçirilməsinin seçki fəallığı və seçici aktivliyinə mənfi təsir göstərəcəyi ehtimal olunur, Bu haqda nə düşünürsünüz?
- Qeyd etdiyiniz rəyləri biz müxtəlif informasiya vasitələrində, sosial şəbəkələrdə görürük. Bu xüsusilə prosesdə iştirak etməyən və özünəməxsus arqumentlərlə kənarda qalan qüvvələrin ideologiyasıdır. Sezar pizza
- Sizcə bu iddialar əsassızdır?
- Əlbəttə. Hamı bu fikirlə razılaşar ki, dünyada ilin bütün fəsillərində seçkilər var. Nümunə üçün qeyd edim ki, yanvarda Pakistandan başlayaraq, fevralda İndoneziyada və paralel olaraq 80-ə yaxın ölkədə bu cür seçkilər keçiriləcək. Ola bilər ki, bu ölkələrdə iqlim qurşaqları fərqli olsun, amma kimsə deyə bilərmi ki, hansısa fəsillərin durumuna görə ölkəsinin siyasəti ilə bağlı bu cür önəmli prosesdə aktiv və ya passiv qalsın?
Tarixdə hətta müharibələrin, iğtişaşların fonunda belə seçkilərin keçirilməsinin dəfələrlə şahidi olmuşuq. Elə götürək Rusiya və Ukraynanı. Hər iki ölkədə bu il analoji seçkilər keçiriləcək.
Bizim üçün qarşıda dayanan ən mühüm vəzifə 15 yanvardan başlayaraq aktiv planda insanlarımıza 7 fevraldan sonrakı Azərbaycanın quruculuğunu necə gördüyümüzü təqdim etməkdir. Bu çox önəmli bir məsələdir. Şəxsən mən bunu seçkilərdən belə üstün bir hadisə kimi dəyərləndirirəm. Çünki siyasi baxışı, partiya mənsubiyyəti, seçki fəallığı olmayan hər bir vətəndaşın belə sabah haqqında qayğıları, düşüncələri, sualları var. İrəliyə çıxan hər bir namizədin üzərinə düşən vəzifə bu suallara cavablar vermək, öz baxışlarını, proqramlarını, platformalarını ortaya qoymaqdır. “Mən nə üçün namizəd olmuşam?” sualının cavabını yanvarın 15-dən başlayaraq əhaliyə, seçicilərə müxtəlif auditoriyalarda, salonlarda, görüşlərdə çatdırmaqdır.
- Seçki kampaniyası zamanı hansı vasitələrdən istifadə etməyi planlaşdırırsınız? Bu dəfəki təbliğat-təşviqat prosesi əvvəlkilərdən hansı xüsusiyyətlərinə görə fərqlənə bilər?
- Bizim əsas vasitələrimizdən biri informasiya vasitələrinin tribunasından istifadə etməkdir. Təbii ki, biz Leninin, Stalinin və ya Ruzveltin dövründə yaşamırıq ki, kiminsə makinada yığdığı mətni kütləviləşdirmək üçün qəzetlərin yeraltı mətbəələrindən istifadə edək və onları döyüş vərəqələri janrında insanlara yayaq. Müasir dünyada sosial şəbəkələrin, müxtəlif internet platformalarının, internet televiziyalarının, vətəndaş jurnalistikasının imkanları o qədər böyüyüb ki, kiçik bir tvitin və ya yazılan statusun o seçkilərlə bağlı düşüncələri anındaca ölkə daxilində və bütün dünyada əsas məhsula çevrilə bilir. Biz də bu müasir internet resurslarından yetərincə və qanuni çərçivədə istifadə etməyi düşünürük.
- Ənənəvi qaydada paytaxt Bakıda və digər iri şəhərlərdə seçki mitinqlərinin təşkil edilməsini düşünürsünüz?
- Buna dair görüşlərin qrafiki artıq müəyyənləşib və qanunvericiliyə uyğun formada bu rəsmi qurumlara yanvarın 15-dən sonra təqdim ediləcək. Biz bu mövzuda müəyyən qədər təcrübəyə malikik və bu prosesi hədəfli aparacağıq. Məramımız nədirsə, əsas ideologiyamız hansı məsələlərin üzərində qərarlaşıbsa, ona dayanaraq bir yol xəritəsi, təqvimi hazırlamışıq.
Resurslarımız, imkanlarımız və hədəflərimiz hamısı bir vəhdətdə götürülüb. Bizim müxtəlif şəhərlərdə artıq Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmən müəyyənləşdirilmiş yerlərdə, ondan kənara çıxmadan görüşlərimiz həyata keçiriləcək. Əlbəttə, biz düşünürük ki, azad edilmiş torpaqlarda, məsələn Ağalıda da insanlarla görüş keçirək, insanlarla ünsiyyətimiz olsun. Biz orada səs qazanmaqdan daha çox ölkəmizin gələcəyini qazanmaq məramı ilə həmin tədbirlərə qatılacağıq.
Nazim Hacıyev
Telegram kanalımız