Lənkəran sakini 6 kilo narkotiklə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Lənkəran sakini 6 kilo narkotiklə tutuldu

Kriminal

07 Yanvar 2024 16:13 604


Qaradağ rayonunda keçirilən əməliyyat zamanı Lənkəran sakinindən 6 kiloqram marixuana və 700 ədəd metadon həbi aşkar edilib

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, saxlanılan şəxs 1992-ci il təvəllüdlü Fəxrəddin Bağırlıdır. Həmin şəxsdən və idarə etdiyi “KİA” markalı avtomobildən 6 kiloqrama yaxın qurudulmuş marixuana və 700 ədəd psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb.

F.Bağırlı ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib. pizza sifarişi

Faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!