Lənkəran sakinləri 15 kiloqram narkotiklə tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Lənkəran sakinləri 15 kiloqram narkotiklə tutuldu 

Kriminal

27 Fevral 2024 09:27 939


Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı -Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov "Vaz 2106" markalı avtomobildə saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. V.Əhmədov və X.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib. Dominos pizza

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!