Lənkəranda kişi faciəli şəkildə ölüb.
Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib.
72 yaşlı Abdullayev Səfərəli Əlican oğlu burada yerləşən köşkdə gecə saatlarında oturduğu stulda yuxuya gedib. Bu zaman oradakı spirallı qızdırıcı onun üzərinə aşıb. Nəticədə S.Abdullayevin ayaqları yanıb. pizza mizza
Ətrafda olanların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.
Telegram kanalımız