Lənkəranda bədbəxt hadisə: Ata ehtiyatsızlıqdan 9 yaşlı oğlunu öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda bədbəxt hadisə: Ata ehtiyatsızlıqdan 9 yaşlı oğlunu öldürdü

Hadisə

23 May 2022 21:32 1269


Lənkəranda ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində 9 yaşlı uşaq ölüb.

Yenisabah.az xəbər verir ki, bədbəxt hadisə rayonun Horavenc kəndində qeydə alınıb.

Bəliton kənd sakini 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi "Zil" markalı avtomobillə hərəkətdə olarkən darvazanı açmaq üçün maşından enən oğlu, 2013-cü il təvəllüdlü Nemət Quluzadəyə ehtiyatsızlıqdan xəsarət yetirib. Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Toyuqlu pizza

Mərhumun yaxınları əsəblərini cilovlaya bilməyib xəstəxananın həkimi Cəmil İbadullayevə və mühafizəçi, polis serjantı Yusif Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hadisə ilə bağlı APA-ya açıqlama verən DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, dünyasını dəyişən şəxsin qardaşı Mərkəzi Xəstəxanada xidmət personalı ilə mübahisə edib, iki nəfərə xəsarət yetirib. Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Müvafiq ekspertizalar təyin edilib.

Təfərrüat ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!