Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb?

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb?

Hadisə

01 İyun 2022 17:48 1082


Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüblər. 

“Report”un xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i, səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb: Toyuqlu pizza

“Daha sonra 17 yaşlı gənc orada bir neçə polis tərəfindən döyülüb”.

Tələbə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!