Lənkəran sakinlərindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən "BMW" markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etdiyinə görə nəqliyyat vasitəsi saxlanılıb.
Avtomobilin yük yerindən 5 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Dominos pizza
Başqa bir əməliyyatla əvvəllər məhkum olunmuş Lənkəran rayon sakini Sehran Nəzərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ümumən 10 gündə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 16 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Telegram kanalımız