Lerik sakini yük avtomobilinin altında qalaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Lerik sakini yük avtomobilinin altında qalaraq öldü

Hadisə

10 Yanvar 2023 23:45 716


Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regnional qrupu məlumat yayıb.

Bildirilib ki, yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi “Hyundai” markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub. Sezar pizza

Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!