Belçika, Fransa və Norveçin Xarici İşlər Nazirlikləri Bazar günü Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Yenisabah.az xəbər verir ki, Belçika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“Bölgədə baş verən son hadisələrlə əlaqədar olaraq, Məcdəl Şəmsdə futbol meydançasına raket düşməsi ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi İsrail, Qüds və Fələstin ərazilərinə, eləcə də Livana hər hansı səfərə getməməyi tövsiyə edir”. pizza mizza
Fransa Xarici İşlər Nazirliyi də öz internet səhifəsində Colan təpələrinə edilən hücumu pisləyən bəyanat yayıb və fransızları Livan, İsrail və Fələstin torpaqlarına səfərdən çəkinməyə çağırıb.
Norveç Xarici İşlər Nazirliyi də öz növbəsində Norveç vətəndaşlarına Livanı tərk etməyə çağırış dərc edib. Qərb mətbuatının yazdığına görə, Oslo bölgədə dinc əhaliyə qarşı hücumları pisləyib və münaqişə tərəflərini onları müdafiə ilə təmin etməyi tövsiyə edib.
Bir gün əvvəl Məcdəl Şəmsin vurulduğu xəbəri yayılmışdı: futbol meydançasında raket partlayıb. Ən azı 12 nəfər ölüb, 10-12 yaşlı uşaqlar.
İsrail Müdafiə Qüvvələri (IDF) hücumu Livanın "Hizbullah" qruplaşmasının üzərinə atıb.
Telegram kanalımız