Liviyada etirazçılar ölkənin şərqdəki Tobruk şəhərində parlamentin binasına soxulub və binanın bir hissəsini yandırıblar.
Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, şəhərlərdə davam edən elektrik kəsintiləri, qiymət artımı və siyasi dalana qarşı mitinqlər keçirilib.
Rəqib qüvvələrin hökmranlıq etdiyi paytaxt Tripolidə nümayişçilər seçkinin keçirilməsini tələb ediblər. Toyuqlu pizza
İğtişaşlar BMT-nin vasitəçiliyi ilə Cenevrədə səsverməyə zəmin hazırlayan danışıqların çox irəliləyiş olmadan başa çatmasından bir gün sonra baş verib.
Liviyada 2011-ci ildə uzun müddət hökmdar olan polkovnik Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən NATO-nun dəstəklədiyi qiyamdan bəri xaos hökm sürür.
Telegram kanalımız