“Location” gecə klubunda baş verən partlayışa görə həbs edilən Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Orxan Səfərlinin qardaşı Elşən Səfərli Rəsul Rəsulovun vəkili Umud Əbdürəhmanlının verdiyi suallarını cavablayıb.
Sualları cavablayan E. Səfərli bildirib ki, Rəsul Rəsulov 2020-ci ildə "Merser food" MMC-də işləyərkən 1000-1200 manat əməkhaqqı alıb: Dominos pizza
“İşçilərin işə götürülməsinə mən və Rəsul da nəzarət edirdik".
Onun sözlərinə görə, Rəsul Rəsulovun işə götürülməsi ilə bağlı onda məlumat olmayıb.
Şahid bildirib ki, "Pub”da maliyyə işlərinə baxan Rəsul olmayıb:
"Bu səbəbdən o mənə maliyyə işləri bağlı hesabat verməyib. Amma digər gördüyü işlərlə bağlı mənə hesabat verirdi. Amma gecə klubunda gördüyü işə görə faiz alacaqdı. Həmin faizində nə qədər pul olması barədə məndə məlumat olmayıb.
Elşən Səfərli deyib ki, gecə klubunun yerini icarəyə götürməyə Rəsul Rəsulovla birlikdə getsə də, onun gecə klubunun işlədilməsində iştirak etməyib: "Gecə klubunu Rəsulla Sərxan alıb. Onlarda işlədiblər".
Daha sonra Rəsul Rəsulovun vəkili vəsatətlə çıxış edib. Vəkil gecə klubunda təhlükəsizlik aktına imza edən şəxslərini imzalarının yoxlanılması ilə bağlı xətşünaslıq ekspertizasının keçirilməsini istəyib. Vəkil bildirib ki, həmin aktda Rəsul Rəsulovun yanğın təhlükəsizliyinə məsul şəxs olması barədə etdiyi imzalar yoxlanılması müəyyən edilsin.
Vəkil daha "Merset food" MMC-nın işçilərin götürülməsi ilə bağlı əmrlər kitabı məhkəməyə gətirilsin, həmçinin MMC-npn kompüterinə baxış keçirilmşdini istəyib.
Vəkil daha sonra MMC baş mühasibəsi Sərxan Ramazanovun məhkəməyə əlavə şahid qismində dəvət olunmasını xahiş edib.
Məhkəmə vəsatətləri təmin etməyib. Bu zaman vəkil hakim tərkibinə yazılı etiraz verib. Vəkil deyib ki, hakim onun vəsatətlərin əsasız olaraq təmin etməyib.
Müşavirə keçirən hakim heyəti etirazı baxılmamış saxlayıb. Hakim deyib ki, hər üç hakimə verilən etiraza Bakı Apellyasiya Məhkəməsi baxır, amma vəsatətdə bu qeyd olunmayıb.
Daha sonra hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib və çıxış etmək üçün prokurora söz verib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Növbəti proses sentyabrın 19-da davam edəcək.
Hadisə bu il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib.
Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.
Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.
Nəzrin CAVADZADƏ
Telegram kanalımız