Londonda hava limanı işçisi tətilə başladı

saytların hazırlanması

Evə çatdırılma

Londonda hava limanı işçisi tətilə başladı

Dünya

18 Avqust 2024 17:33 615


Böyük Britaniyanın ən böyük hava limanı olan "Hitrou"da sərhəd xidmətinin yüzlərlə əməkdaşı tətil elan edib.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, tətil avqustun 31-dən sentyabrın 3-dək dörd gün davam edəcək. İşçilər iş şərtlərinin yaxşılaşdırılmasını tələb edərək, iş müqaviləsində razılaşdırılan vaxtdan artıq işləmək istəmədikləri üçün tətil etməyə qərar veriblər.

Tətil hava limanının ən işlək olduğu dövrlərindən biri, məktəblilərin yay tətilinin sona çatması ilə üst-üstə düşəcək. Bu da hava limanında saatlarla yubanmalara səbəb ola bilər. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!