“Lufthansa” Yaxın Şərqə uçuşları dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

“Lufthansa” Yaxın Şərqə uçuşları dayandırdı

Dünya

05 Avqust 2024 16:57 531


Almaniyanın "Lufthansa" şirkətinin təyyarələri avqustun 7-dək İran və İraqın hava məkanından yayınacaqlar.

Yenisabah.az xəbər verir ki, şirkət avqustun 7-dək İordaniyanın paytaxtı Əmman və İraqın Ərbil şəhərinə uçuşları dayandırıb.

Bundan əlavə, İsveçrə Beynəlxalq Hava Yolları, Avstriya Hava Yolları və "Eurowings" şirkətlərinin daxil olduğu "Lufthansa" Qrupu avqustun 12-dək Tel-Əviv, Tehran və Beyruta uçuşları dayandırdığını elan edib. Dördpendirli pizza

"Lufthansa" bundan əvvəl yaxın gələcək üçün İsrailə bütün uçuşları ləğv etmişdi.

Ötən həftə Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və "Hizbullah" funksioneri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İran və "Hizbullah" onların ölümlərinin qisasını alacaqlarına söz veriblər.

Bundan sonra bir sıra aviaşirkətlər bölgəyə uçuşları dayandırmağa başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!