Belarus Prezidenti Aleksandr Lukaşenko ikinci dəfə yeni növ koronavirusa yoluxub.
Yenisabah.az Belarusun "Belta" xəbər agentliyinə istinadən xəbər verir ki, prezident koronavirusun “Omicron” ştamına yoluxduğunu açıqlayıb.
“Görürük ki, bu "Omicron" tamamilə fərqli bir virusdur. Ola bilsin, biz artıq adi qripə yoluxmuşuq. Mən bunu özü ikinci dəfə yoluxan bir insan kimi bildirirəm", - deyə Lukaşenko qeyd edib. pizza sifarişi
Belarus lideri xəstəliyi ayaq üstə keçirdiyini vurğulayıb.
Telegram kanalımız