Lukaşenko: “Ötən il 11 terror aktının qarşısı alınıb“

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko: “Ötən il 11 terror aktının qarşısı alınıb“

Dünya

15 Mart 2022 13:27 461


"2021-ci ildə ölkənin dövlət təhlükəsizlik orqanları Polşa, Litva, Ukrayna, ABŞ və Almaniya ərazisindən maliyyələşdirilən 11 terror aktının qarşısını alıb".

Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O qeyd edib: "2021-ci ildə Belarusun dövlət təhlükəsizlik orqanları digər dövlət qurumları ilə əməkdaşlıq edərək Polşa, Litva, Ukrayna, ABŞ və Almaniya ərazisindən təşkil edilmiş və maliyyələşdirilən 11 terror aktının törədilməsinə cəhdin qarşısını alıb. Bu, bildiyimiz və deyə bildiyimizdir”. pizza mizza

Lukaşenko vurğulayıb ki, KQB qüvvələri dövlət mediasının nümayəndələrinə, hakimlərə, deputatlara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və onların ailə üzvlərinə qarşı zorakı ekstremist aksiyalar törətmək planlarını aşkarlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!