Lukaşenko: Üçüncü Dünya müharibəsi başlaya bilər

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko: Üçüncü Dünya müharibəsi başlaya bilər

Dünya

27 Oktyabr 2023 15:45 528


Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər.

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.

Belarus lideri vurğulayıb ki, hazırda davam edən HAMAS-İsrail münaqişəsinin miqyasının genişlənməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər. pizza hut

Lukaşenkonun sözlərinə görə, İsrail və ABŞ qüvvələri İranla döyüşə başlasalar mütləq cavab alacaqlar: “Hazırda vəziyyəti gərginləşdirən İran deyil, onlar iranlıları müharibəyə dartmağa çalışırlar”.

Belarus Prezidentinin fikrincə, HAMAS döyüşçülərinin İsrail ərazilərinə hücumunda İranın iştirakına dair faktlar yoxdur.

Lukaşenko Yaxın Şərqdəki vəziyyəti böyük fəlakət adlandırıb və bildirib ki, HAMAS döyüşçülərinin İran istehsalı olan silah-sursatlardan da istifadə etməsi İranın münaqişədə iştirakı demək deyil: “Dünyada silah ticarəti gedir və həmin silahlar hər hansı digər qüvvələrin vasitəsilə HAMAS-ın əlinə keçə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!