Lukaşenko Vaqner qiyamından sonra ilk dəfə Putinlə görüşür

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko Vaqner qiyamından sonra ilk dəfə Putinlə görüşür

Dünya

23 İyul 2023 13:38 664


Belarus lideri Aleksandr Lukaşenko "Vaqner" üsyanı və muzdluların Belarusda yerləşdirlməsindən sonra ilk dəfə Rusiyaya səfər edib.

Rəsmi məlumatlarda onun bazar günü Rusiya prezidenti Vladimir Putinlə təhlükəsizlik, beynəlxalq gündəlik, həmçinin “İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığı”nı müzakirə edəcəyi bildirilir.

Lukaşenkonun mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo" teleqram kanalı onun Sankt-Peterburqa gəldiyini və hava limanında qarşılandığını, Putinlə görüşdüyünü əks etdirən foto və vidolar paylaşıb. Marqarita pizza

Məlumatlarda o da vurğulanır ki, Rusiyaya səfərdən əvvəl Lukaşenko Ümumbelarus Xalq Yığıncağına hərbi doktrinanı təsdiq etmək, respublikada fövqəladə, hərbi vəziyyət tətbiq etmək və həmçinin hərbi personalı ölkədən kənara göndərmək səlahiyyəti verib.

O da xəbər verilir ki, iyulun 21-də Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə Putin Minskə təcavüzü Moskvaya təcavüz hesab etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!