Lukaşenkodan MDB dövlətlərinə müraciət: “İttifaqa qoşulun“

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkodan MDB dövlətlərinə müraciət: “İttifaqa qoşulun“

Dünya

01 İyul 2022 14:55 760


"Postsovet ölkələri suverenliyini qorumaq istəyirlərsə, Belarus-Rusiya İttifaqı dövlətinə yaxınlaşmalıdır".

Yenisabah.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib: “Bu gün postsovet məkanı ölkələri, əlbəttə, öz suverenliklərini və müstəqilliklərini qorumaq istəyirlərsə, İttifaq dövləti ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmalıdırlar. Əminik ki, yalnız birlikdə qlobal çağırışlara qarşı durmaq olar”, - Lukaşenko Belarus və Rusiya Regionlar Forumunun plenar iclasında nümayiş etdirilən videomüraciətində bildirib. pizza

Lukaşenko əlavə edib: "Hələ də şübhəsi olanlar başa düşməlidirlər: sürətli birlik və həmrəylik olmadan, dövlətlərarası əlaqələri gücləndirmədən və sadəcə olaraq normal insani münasibətlər olmadan sabah mövcud olmaya bilərik.

“İndiki mərhələdə bizim birliyimiz (Belarus və Rusiya) inteqrasiya proseslərinin ümumi axınında lokomotiv rolunu oynayır. O, mədəni və iqtisadi dövlətlərarası əməkdaşlığın nümunəsidir, modelidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!