Lukaşenkonun köməkçisi öldü 

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenkonun köməkçisi öldü 

Dünya

15 May 2024 16:47 652


Belarus Respublikası Prezidentinin köməkçisi - Minsk vilayəti üzrə inspektor Vladimir Kalaç 55 yaşında qəflətən vəfat edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə BELTA-ya Minsk Vilayət İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Vladimir Kalaç 1969-cu ildə Brest vilayətində anadan olub. 2010-2018-ci illərdə Belarus Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Minsk və Minsk vilayəti üzrə şöbəsinin rəisi vəzifəsində işləyib. 2018-2021-ci illərdə Belarus Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini olub.  pizza

2021-ci ildən Vladimir Kalaç Belarus Respublikası Prezidentinin köməkçisi - Minsk vilayəti üzrə müfəttiş vəzifəsində çalışır. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!