Lüksemburq parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Lüksemburqun baş naziri Ksavye Bettel “Twitter” səhifəsində məlumat verib.
"Mən fəxr edirəm ki, Lüksemburq Parlamenti bu gün Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib. Birlik, diplomatiya və möhkəmlik vasitəsilə kollektiv təhlükəsizliyimizə qarşı çağırışlarla mübarizə aparmağın vaxtı çatıb", - deyə Bettel yazıb. pizza
NATO ölkələrinin daimi nümayəndələri iyulun 5-də İsveç və Finlandiyanın xarici işlər nazirlərinin iştirakı ilə bu iki ölkənin alyansa qoşulması haqqında protokollar imzalayıblar. İmzalandıqdan sonra bütün otuz üzv ölkə tərəfindən protokolların ratifikasiyası proseduruna başlanılıb. Bir sıra NATO ölkələri artıq protokolları ratifikasiya edib.
Telegram kanalımız