Mağazaların “Qara Cümə” fırıldağı – ALDANMAYIN

saytların hazırlanması

Evə çatdırılma

Mağazaların “Qara Cümə” fırıldağı – ALDANMAYIN

Sosial

16 Noyabr 2024 11:08 2087


Bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər onlayn ticarət geniş vüsət alıb. Əziyyətsiz və sadəcə bir toxunuşla dünyanın istənilən nöqtəsinə cəmi bir neçə gün ərzində istənilən məhsulun  çatdırılması mümkündür. Bir çox ölkələrdə illərdir tətbiq edilən və ölkəmizdə də son illər dəb halını almış “Qara Cümə” (Black Friday) kampaniyaları məhz bu satış platformalarında da təklif edilir. 

Lakin bu zaman bəzi platformalarda saxta endirimlərin edildiyi aydın şəkildə görünür. “Hepsiburada”, “Aliexpress”, “Ebay” kimi onlayn mağazalar “Qara Cümə”yə bir neçə gün qalmış əvvəlcə qiymətləri qaldırır və sonra “endirim” edir.

Bu addım, bir növ, ticarət manipuliyasiyasıdır. Məsələn, satış platformasına yerləşdirilən və bazar dəyəri 25 manat olan gödəkcənin qiyməti “Qara Cümə”dən öncə bir və ya bir neçə gün öncə 35 manata təklif edilir. Endirim günündə isə eyni məhsulun satış qiyməti yenidən 25 manata endirilir və təqdimat bölməsində məhsulun 40 faiz ucuzlaşması bildirilir. pizza

Həmin fənddən bir çox məşhur onlayn ticarət şirkətləri istifadə etməkdədir. Ancaq mütəmadi bu platformalarda gəzişən və qiymət dəyişikliklərinə diqqət edən müştərilər sözügedən hiyləni asanlıqla görə bilərlər.

Bir çox marketinq menecerlərin fikrincə, bu üsuldan təkcə onlayn şəbəkələr deyil, ənənəvi satış mağazaları da istifadə edir. Maliyyə dinamikası baxımından, mağaza və şirkətlərin “Qara cümə” kimi zamanlarda həqiqi və radikal endirimlər etməsi, onlar üçün ciddi qazanc itkisi hesabına başa gələr. İqtisadiyyatda isə bu kimi maliyyə itkiləri dalğavari böhranlara və hətta maddi çöküşlərə gətirib çıxarır. 

Həmin nöqteyi-nəzərdən, noyabr ayının sonunu Cümə günü keçiriləcək endirim kampaniyalarında diqqət olmağınızı və ucuzlaşdığı iddia edilən məhsullarla bağlı ətraflı qiymət araşdırması etmənizi tövsiyə edirik.

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!