Makron bu dəfə Özbəkistana getdi

saytların hazırlanması

Evə çatdırılma

Makron bu dəfə Özbəkistana getdi

Siyasət

01 Noyabr 2023 22:59 779


Fransa prezidenti Emmanuel Makron Özbəkistana rəsmi səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Özbəkistan Milli İnformasiya Agentliyi məlumat yayıb.

Səmərqənd beynəlxalq hava limanında onu Baş nazir Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar. Marqarita pizza

Səmərqənddə keçiriləcək yüksək səviyyəli danışıqlarda Özbəkistan və Fransa arasında çoxtərəfli münasibətlərin gələcək inkişafı məsələləri müzakirə olunacaq.

Məlumata görə, ticarət-iqtisadi, innovativ, investisiya və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Makronun birgə biznes forumda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Makron bu gün Qazaxıstanda olub./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!