Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqinə çağırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “France Inter” radiosuna verdiyi müsahibəsində deyib.
Dövlət başçısı Ukraynanın Buça şəhərində mülki əhalinin öldürülməsinə görə Rusiyanın məsuliyyət daşıdığının aydın əlamətlərini görür: pizza
“Müharibə cinayətlərinin çox açıq sübutları var. Rusiya ordusunun Buça qətlinə görə məsuliyyət daşıdığı aydındır”.
Makronun sözlərinə görə, məhdudiyyətlər neft və kömürə aid olduqda, Rusiya üçün xüsusilə ağrılı olacaq.
Fransalı siyasətçi onu da vurğulayıb ki, yaxın günlərdə Fransa Aİ tərəfdaşları, xüsusən də Almaniya ilə oxşar addımları razılaşdıracaq. O, həmçinin Aİ-nin Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə biləcəyini təklif edib. Lakin E. Makron Aİ-nin təbii qaz idxalının təxminən 40%-ni təşkil edən Rusiya qazına qarşı sanksiyalardan bəhs etməyib.
Qeyd edək ki, Rusların geri çəkildiyi Kiyev yaxınlığındakı Buça qəsəbəsində onlarla mülki şəxsin cəsədi tapılıb.
Ukrayna prezidenti Volodimir Zelenski rus qoşunlarını soyqırım törətməkdə ittiham edib.
Rusiya isə bütün ittihamları rədd edir.
Telegram kanalımız