Fransa lideri Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən gedəcəyini bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, Nikosiyada Fransa-Kipr məktəbinin şagirdləri ilə görüşündə danışıb.
"Əvvəlcə mən digər prezidentlərə məsləhət verirdim və nazir idim, sonra isə düşündüm ki, partiya yaradaraq vəziyyəti daha qətiyyətlə və sürətlə dəyişə bilərik", - deyə Emmanuel Makron bildirib. Bununla yanaşı, o qeyd edib ki, əvvəllər siyasətlə məşğul olmayıb və bundan sonra da məşğul olmayacaq.
Fransa mətbuatı bu bəyanatı liderin prezidentlik mandatı bitdikdən sonra siyasətdən gedəcəyi barədə anons kimi qiymətləndirib.
Qeyd edək ki, Fransada prezident seçkisinin birinci turu 2027-ci ilin aprelinə planlaşdırılıb. Emmanuel Makron ikinci prezidentlik müddəti başa çatdıqdan sonra yenidən namizədliyini irəli sürə bilməz, çünki bu, ölkə konstitusiyasına ziddir. Xatırladaq ki, o, 2017-ci ildən prezident postundadır./Oxu.az
Telegram kanalımız