“Marketlər cibimizə girir” - Aparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Marketlər cibimizə girir” - Aparıcı

Sosial

12 Yanvar 2025 18:32 585


Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov marketlərdəki saxta endirimlərdən danışıb. 

Yenisabah.az xəbər verir ki, M.Rəsulov "Xəbər ertəsi" verilişində alış-veriş zamanı başına gələn hadisəni danışıb. O bildrib ki, marketlərdə yalançı endirim yazıları ilə insanları aldadırlar: 

"Məhsulun üstünə böyük hərflərlə "endirim" yazıblar. Malı götürdüm, yaxınlaşdım kassaya. Baxıram ki, endirimli qiymət deyil. Cavab verirlər ki, endirim sabahdan qüvvədə olacaq. Kağıza çox balaca formda yazıblar filan tarixdən. O zaman niyə indi qoyursan? Gecə, səhərəyaxın qoy bunu". pizza

A.Səfərova isə "İnsanlar bunu alır və kartla ödəyir. İnsanlar bunun fərqinə varmır. Bizim cibimizə girirlər. Oradakı işçilərin günahı deyil, marketin sahibi işçi deyil. Adamlar bu yalandan yorulub" sözlərini əlavə edib. /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!