Marketlərdən silsilə oğurluq etmiş cütlük saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Marketlərdən silsilə oğurluq etmiş cütlük saxlanıldı

Kriminal

03 Mart 2025 16:10 240


Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxlayıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, silsilə oğurluqlar  Xətai və digər rayonlarında yerləşən marketlərdə baş verib.

Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər. Toyuqlu pizza

Əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar -  25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar.

Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!