“Azərbaycandan Naxçıvana Zəngəzur vasitəsilə gömrük yoxlanışı olmadan təhlükəsiz və maneəsiz dəhlizin yaradılmasını tələb etmək Azərbaycanın haqqıdır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, bu dəhliz Azərbaycandan Azərbaycana olacaq və Azərbaycan vətəndaşları və məhsulları bu dəhlizdən xarici ölkənin gömrük yoxlanışı olmadan keçməlidir: Dördpendirli pizza
“Bu, tamamilə normal təcrübədir. Belə “yelçəkən” dəhlizlər dünyada bir çox ölkələr arasında mövcuddur. Məsələn, Ukrayna münaqişəsinə qədər Kalininqrad vilayəti ilə Rusiya arasında belə dəhliz mövcud idi. NATO və Avropa İttifaqı ölkəsi olan Litva ərazisindən Rusiya vətəndaşları və yükləri gömrük rəsmiləşdirilməsi olmadan keçərək Kalininqrada gedirdilər.
Ona görə də, hesab edirəm ki, bu, Azərbaycanın prinsipial mövqeyidir və əminəm ki, bu mövqeyə dünya ölkələrinin əksəriyyəti anlayışla yanaşır. Ermənistan isə Azərbaycana bu cür imkanı vermək istəmir və bunun üçün də Azərbaycanla mübarizə məntiqini davam etdirir”.
Analitikin sözlərinə görə, Ermənistan qorxur ki, Zəngəzur dəhlizinin eksterritorial statusu yekunda Zəngəzur ərazisinin itirilməsi ilə nəticələnəcək, çünki əvvəllər bu ərazi Azərbaycanın olub:
“Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının Zəngəzur dəhlizinin Rusiya sərhədçiləri tərəfindən mühafizə olunması ilə bağlı müddəasını pozub. Həmin razılaşmaya görə, Rusiya sərhədçiləri Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhlizin təhlükəsizliyini təmin etməlidirlər. Ermənistan isə Rusiyadan qopmaq siyasətini davam etdirir. Çox güman ki, İrəvan həmin ərazidə Rusiyanın düşmənləri olan Fransa, Avropa İttifaqı və ya NATO-nun sərhədçilərinin dayanmasını arzulayır. Bu, əlbəttə, üçtərəfli bəyanatın kobud şəkildə pozulması deməkdir”.
Telegram kanalımız