“Martin Rayan Fransa xarici siyasətinin qurbanıdır” - Casus qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

“Martin Rayan Fransa xarici siyasətinin qurbanıdır” - Casus qalmaqalı

Siyasət

30 Yanvar 2024 14:48 503


“Martin Rayan Fransa xarici siyasətinin qurbanıdır”.

Yenisabah.az Kernews-a istinadla xəbər verir ki, bunu erməni əsilli Fransa jurnalisti Leo Nikolyan deyib.

Onun sözlərinə görə, Bakıdakı Fransa səfirliyinin 2 üzvü, diplomatik pasportlara malik olan Fransa kəşfiyyat agentliyi olan DGSE-nin ştatlı əməkdaşları Martin Rayanı ələ alamağa çalışıb. Onun ilkin imtinasına baxmayaraq, onlar ailəsinin təhlükəsizliyi və biznesinə zərər vurulacağı ilə şantaj edərək dolayısı ilə onu hədələyiblər. Davamlı təzyiq altında M. Rayan, nəhayət, DGSE-də işləməyə həvəssiz razılaşıb. pizza hut

“Sadə bir iş adamı olan Martin Rayanın diplomatik toxunulmazlığı yoxdur. O, Fransanın xarici siyasətinin qurbanıdır”, – deyə "Kernews" radiosuna müsahibə verən Leo Nikolyan vurğulayıb.

“Məni narahat edən odur ki, bizim hökumət heç nə etmir. Ümid edirəm ki, yeni baş nazirimiz Qabriel Attal bu istiqamətdə hərəkət edəcək”, - deyə Leo Nikolyan bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!