Martirosyan dostu Paşinyana qarşı:   “Budur sizin səviyyəniz?“

saytların hazırlanması

Evə çatdırılma

Martirosyan dostu Paşinyana qarşı: “Budur sizin səviyyəniz?“

Siyasət

21 Dekabr 2020 10:22 1012


“26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib deyir ki, çıxın, biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur sizin səviyyəniz? Öz iş masamı sizin evə qoysam, xoşunuza gələr?”

Yenisabah.az xəbər verir ki, bunu məşhur erməni biznesmen Armen Martirosyan öz feysbuk profilində yazıb.

Ermənilərin etiraz və hədələrindən sonra biznesmen paylaşımını silib, eyni zamanda profilini bağlayıb. pizza mizza

Qeyd edək ki, “Antares” holdinqinin sahibi olan Armen Martirosyan Ermənistan baş naziri Nikol Paşinyanın yaxın dostudur. Mətbəə, reklam agentliyi, dizayn-studiya və s. xidmətlər göstərən “Antares” baş nazirin bütün poster, buklet və reklam məhsullarının istehsalçısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!