Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan X mikrobloqunda Azərbaycanın Ermənistana təqdim etdiyi yeni şərtlərə toxunub.
“Azərbaycan 2022-ci ilin martında Ermənistanla sülh müqaviləsinin əsaslanmalı olduğu beş fundamental prinsip təklif etdi: iki dövlət tərəfindən suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və bir-birindən siyasi müstəqilliyin qarşılıqlı tanınması.
Dövlətlər tərəfindən bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə iddiaların irəli sürülməyəcəyinə dair hüquqi öhdəliyin qəbul edilməsi. Pepperoni pizza
Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə və ya güc tətbiq etməklə hədələməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək.
Dövlət sərhədinin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması.
Nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Danışıqlar zamanı, o cümlədən açıq şəkildə qeyd olunan prinsiplərə toxunulsa da, Azərbaycan sülh müqaviləsini imzalamaqdan yayınır və bütün danışıqlar dövrü ərzində daim yeni tələblər irəli sürür, bununla da sülh prosesinə torpeda vurur".
E. Marukyan Ermənistanla Azərbaycan arasında sülhün yalnız Ermənistanın öz Konstitusiyasına və daxili qanunvericilik aktlarına düzəlişlərdən və bununla da rəsmən tamamilə yeni ilkin şərt irəli sürməsindən sonra yarana biləcəyi barədə təkliflərə qarşı çıxıb.
Azərbaycan nə regionda sülhün olmasını, nə də Ermənistanla sülh müqaviləsinin imzalanmasını, bununla da bütün beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”, – deyə Marukyan sərsəmləyib.
Telegram kanalımız