Masallı sakini Yardımlıda narkotiklə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Masallı sakini Yardımlıda narkotiklə tutuldu

Kriminal

23 Mart 2023 10:01 1735


Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, tutulan şəxs Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Novruz Həbibovdur. Onun idarə etdiyi "Chevrolet" markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. pizza mizza

Araşdırmalarla N.Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!