Masallıda evdə yanğın zamanı ana və iki övladı öldü

saytların hazırlanması

Evə çatdırılma

Masallıda evdə yanğın zamanı ana və iki övladı öldü

Hadisə

07 Sentyabr 2022 01:57 997


Masallıda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Hüseynhacılı kəndində baş verib.

Hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüb. Toyuqlu pizza

Yanğın zamanı ailə üzvlərindən daha birinin yanıq xəsarətləri aldığı bildirilir. Hadisə ailə üzvləri yatan zaman baş verib. İlkin məlumata görə, kənddə işıqlar söndüyündən onlar şam yandırıblar. Ailə yatan zaman şam nəzarətsiz qalaraq alışıb./Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!