Masallıda narkotik əməliyyatı - Tutulanlar var 

saytların hazırlanması

Evə çatdırılma

Masallıda narkotik əməliyyatı - Tutulanlar var 

Kriminal

25 Yanvar 2024 09:31 798


Masallı sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri əvvəllər məhkum olunmuş Elvir Qafarov və Vüsal Abdullayev saxlanılıblar. 

Keçirilən baxış zamanı Elvir Qafarovun üzərindən və əlindəki çantadan ümumilikdə 8 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb.  pizza

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!