İmişli rayonunun Qulubəyli kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub pizza mizza
Masallı rayonunun Xırmandalı kəndində də ev yanıb, bir nəfər xəsarət alıb.
Qeyd olunub ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız