Nəsimi rayonunda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Səbuhi Quliyevdir. Onun üzərindən 3 qram heroin aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Quliyevin idarə etdiyi avtomobildən ona məxsus 1 ədəd “Makarov” markalı tapança, daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Səbuhi Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Pepperoni pizza
Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.
Telegram kanalımız