Bakıda lombarda basqın edilib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. O, 2 qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb. Toyuqlu pizza
Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Telegram kanalımız