Maya Sandu: “Rusiyaya sanksiyalardan yayınma imkanı verməyəcəyik“

saytların hazırlanması

Evə çatdırılma

Maya Sandu: “Rusiyaya sanksiyalardan yayınma imkanı verməyəcəyik“

Dünya

04 Aprel 2022 14:45 549


"Moldova Rusiyaya öz bank sistemi vasitəsilə və ya Rusiya mallarını təkrar ixrac etməklə Qərbin sanksiyalarından yan keçməsinə imkan verməyəcək".

Yenisabah.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib: "Bilirəm ki, sanksiyalarla bağlı çoxlu müzakirələr gedir, Rusiyanın Moldova bank sistemi vasitəsilə sanksiyalardan yayına bilməsi riski yoxdur. Rusiya mallarının Moldova vasitəsilə təkrar ixracına icazə verməyəcəyik. Bunu diqqətlə izləyirik". Dördpendirli pizza

Sandunun sözlərinə görə, Moldova və Rusiya Federasiyası iqtisadi əlaqələrin üç əsas sahəsinə malikdir. Böyük əksəriyyəti xarici kapitala və xaricdə idarəetməyə malik olan Moldovada banklar beynəlxalq maliyyə təşkilatlarının Rusiyaya qarşı bütün məhdudiyyətlərə əməl etdiyi üçün maliyyə sektorunda əməkdaşlıq faktiki olaraq dayandırılıb.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar fiziki maneə olduğu üçün Rusiyaya ixrac artıq azalıb.

"Rusiya ilə iqtisadi münasibətlərin digər aspekti qazın alınmasıdır, bizim yalnız bir təchizatçımız var, Rusiya Federasiyasından qaz almaqdan imtina edə bilmərik və bu vəziyyətdə olan yeganə ölkə Moldova deyil", - deyə Maya Sandu əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!