“Məclisdə məndən  “dandirik” mahnı istəyirlər...“ - Brilliant

saytların hazırlanması

Evə çatdırılma

“Məclisdə məndən “dandirik” mahnı istəyirlər...“ - Brilliant

Şou

23 Mart 2023 20:31 1024


Xalq artisti Brilliant Dadaşova toylarda ifa etdiyi mahnılardan danışıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətçi istəyə uyğun olaraq hər musiqini oxumadığını söyləyib.

Bu barədə Dadaşova “Xəzər axşamı” verilişində qonaq olarkən deyib: Sezar pizza

“Estrada musiqilərimizi qorumaq lazımdır. O musiqiləri böyük dühalar yazıb. Toyda öz mahnılarımdan oxuyuram, çalışıram ki, bəstəkar mahnılarımızı ifa edim.

Hansı məclisdə ki mənə gəlib “dandirik” mahnı istəyirlər, deyirəm ki, get evdə kaseti qoy, o mahnılarla özün üçün ürəyin istəyən qədər, doyunca oyna.

Mən o mahnıları oxumuram. Əvvəl deyirdilər ki, dostunu mənə göstər, deyim sən kimsən. İndi isə dinlədiyin musiqini mənə göstər, deyim sən kimsən”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!