Medianın İnkişafı Agentliyi 4 yaşında –   Görülən işlər, qazanılan uğurlar

saytların hazırlanması

Evə çatdırılma

Medianın İnkişafı Agentliyi 4 yaşında – Görülən işlər, qazanılan uğurlar

Sosial

17 Yanvar 2025 12:03 376


Yanvarın 12-i Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının 4-cü ildönümü idi. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılıb. 

MEDİA yaradıldığı gündən bu günə qədər bir çox işlər görüb. Bəs Azərbaycan mətbuatının nümayəndələri bu işləri necə dəyərləndirirlər? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Bakıvaxtı.az xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu bildirib ki, Medianın İnkişafı Agentliyi yarandığı gündən mətbuatın inkişafına əvəzsiz töhfələr verib: Marqarita pizza

“Bu gün Azərbaycan mediası istər peşəkarlıq, istər informasiya təhlükəsizliyinin təmin edilməsi, istərsə də beynəlxalq ictimai rəyə təsir etmək baxımından mühüm inkişaf dövrü keçib. Etiraf edək ki, bütün bunların əldə olunmasında Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) əvəzsiz rolu var. MEDİA-nın fəaliyyətdə olduğu bu 4 il ərzində mətbuatımızın inkişafında atdığı addımlar göz önündədir.

Bu illər ərzində MEDİA jurnalistlərin dəstəklənməsi istiqamətində müxtəlif proqramlar həyata keçirib. Buna jurnalistlər üçün sosial güzəştlər, fərdi layihələrin maliyyələşdirilməsi və mükafatlandırma sistemlərini göstərmək olar. Bundan başqa, "Media savadlılığı" mövzusunda keçirilən təlimlər jurnalistlərin bilik və bacarıqlarının artırılmasında böyük rol oynayır. 

Agentlik yarandığı gündən media sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə fəaliyyət göstərilib. Fəaliyyətdə olduğu qısa zaman kəsiyində "Media haqqında" yeni qanun qəbul edilib. Hazırda qüvvədə olan bu qanun medianın fəaliyyətini tənzimləyərək hüquqi boşluqları doldurur. Bu illər ərzində medianın lisenziyalaşdırılması, akkreditasiya proseslərinin sadələşdirilməsi yönündə də mütərəqqi addımlar atılıb. Bu gün Azərbaycan mediasının maliyyə dayanaqlığının təmin edilməsi istiqamətində dövlət layihələri həyata keçirilir. 

Bir sözlə, MEDİA Azərbaycan mediasının inkişafına müsbət töhvələr verib. İnanıram ki, qurumun bundan sonra da atacağı hər addım da mətbuatımızın inkişafı, söz azadlığının gücləndirilməsi istiqamətində olacaq”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər qeyd edib ki, ötən 4 ildə MEDİA-nın aktivinə bir çox uğurlu addımlar yazılıb:

“Mən hələ Medianın İnkişafı Agentliyi yarandığı zaman demişdim ki, bu agentlik xarabarlıqlarla dolu KİVDF-ni təhvil aldı. Vüqar Səfərlinin rəhbərlik etdiyi KİVDF Azərbaycan mətbuatını baltalamaqdan, kor etməkdən başqa bir şey etmədi və ümumilikdə mətbuatı baltalamaqla məşğul oldu. 

Bu baxımdan, Medianın İnkişafı Agentliyinin önündə ciddi sınaqlar, imtahanlar və çətinliklər var idi. Bu günki gəlinən nəticəyə əsasən demək olar ki, xüsusilə Azərbaycan jurnalistlərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, ölkə mətbuatında yazı keyfiyyətinin ortaya çıxması, hər bir saytın, qəzetin özünün məhsullarının olması tələbləri, yeni Media haqqında qanunun qəbulu və bu kimi addımlar MEDİA-nın aktivinə yazılmalıdır.

 Təbii ki, qurumlar və fəaliyyət varsa, burada dinamizm lazımdır. Azərbaycan dünya mediasının bir parçasıdır və dünyada baş verən proseslərə yerli mətbuat da adekvat olmalıdır. Bizim mətbuat dünyada tanınmaq, brend olmaq istəyirsə, daim öz üzərində işləməlidir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Medianin İnkişafı Agentliyini təbrik edib. Əməkdar jurnalist deyib ki, agentlik mətbuat subyektlərinə bir sıra töhfələr verib:

“İlk növbədə mən öz adımdan Medianın İnkişafı Agentliyini təbrik edirəm. Fəaliyyətlərində uğurlar arzulayıram. Mən arzu edirəm ki, Azərbaycan xəbərlərini təkcə ölkə daxilində deyil, bütün dünyaya çıxara bilək. Təbii ki, biz hazırda öz auditoriyamıza işləyirik. 

Hazırda xəbərlər daha çox internet saytlarından oxunur. Xüsusən, gənclər ənənəvi mediadan daha çox onlayn platformaları izləyir. Amma ümumən saytların, qəzetlərin və digər media resurslarının əsas məqsədi xəbərləri insanlara izah etməkdən ibarət olmalıdır. Yəni araşdırıb izah etməlisən ki, bu xəbər nədir və bu hadisə niyə baş verib. Bunun sonrası və əvvəli nədir. Yəni analizə daha çox yer verilməlidir. Çünki insanlar artıq analizlərə daha çox baxırlar. Onlar xəbəri internetdə oxuyur, lakin gərək həmin informasiyanı dəqiq formada izah etməyi bacarasan”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!