Kremldən ağır İTTİHAM: “Onlar cinayətkar və əxlaqsızdır!“

saytların hazırlanması

Evə çatdırılma

Kremldən ağır İTTİHAM: “Onlar cinayətkar və əxlaqsızdır!“

Dünya

17 Mart 2022 12:14 1358


"Qərb dövlətlərinin son illərdə Rusiyaya qarşı tutduqları davranış xətti cinayət və əxlaqsızlıqdır".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.

O deyib: “Son illərdə Qərb dünyası ölkələrinin Rusiyaya qarşı davranış xətti, onlarla yaxşı münasibət qurmaq istəməyimizə baxmayaraq, iyrənc, cinayətkar və əxlaqsızdır" pizza sifarişi

Medvedev vurğulayıb ki, Qərbin ikili standartları artıq heç kimi təəccübləndirmir:

“Onlara lazım olanda hər şeyə, o cümlədən illərlə davam edən Donbassda dinc əhalinin məhvinə göz yuma bilərlər. Əgər nəsə onların əmri ilə getmirsə, bunun günahkarı yalnız bizim ölkədir”.

Medvedevin sözlərinə görə, Rusiya ona və vətəndaşlarına uyğun dünya nizamı uğrunda mübarizəni davam etdirəcək:

"Nasistlərə və soyqırıma yer yoxdur. Qərb Rusiyanı anqlo-sakson nümunələri üzrə yenidən tərbiyə edə, onu itaətkar edə və ya parçalaya bilməyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!