Medvedev: “Rusiya qidası ölkənin sakit silahıdır“

saytların hazırlanması

Evə çatdırılma

Medvedev: “Rusiya qidası ölkənin sakit silahıdır“

Dünya

01 Aprel 2022 10:25 494


"Rusiya qidası ölkənin səssiz silahıdır, lakin o zəhmlidir, kənd təsərrüfatı məhsullarının ixracı real silahların ixracını üstələyir".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, "Telegram kanalında yazıb ki, bu gün Rusiya Hindistan və Çinlə yanaşı, ən böyük taxıl istehsalçısıdır, son illərdə isə ən böyük buğda ixracatçısına çevrilib. Toyuqlu pizza

"Elə alınıb ki, bir çox ölkələrin ərzaq təhlükəsizliyi tədarükümüzdən asılıdır. Deməli, qidamız  səssiz silahımızdır. Səssiz, amma zəhmli. Əgər kimsə bilmirsə və ya unudubsa, kənd təsərrüfatı məhsullarımızın ixracı real silah ixracından çoxdur. Keçən il bu, 37 milyard dollardan çox olub”, - Medvedev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!