Mehdiabadda ağır qəza:   Bir nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Mehdiabadda ağır qəza: Bir nəfər öldü

Hadisə

15 Yanvar 2023 21:05 1104


Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər həlak olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Dördpendirli pizza

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub, iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər sağ, digər bir nəfərin meyiti zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - FHN-in məlumatında qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!