Məhəmməd Kekalov vəkilindən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Məhəmməd Kekalov vəkilindən imtina etdi

Kriminal

23 Noyabr 2023 17:17 1367


2 gün əvvəl direktoru və baş redaktoru həbs edilən "Abzas Media" saytının direktor müavini Məhəmməd Kekalov vəkildən imtina edib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Bakı Şəhər Baş Polis İdarəsinin istintaqını aparılan cinayət işi üzrə dindirilir.

M.Kekalov vəkili Rövşanə Rəhimlinin xidmətlərindən imtina edib. Dördpendirli pizza

Bu barədə vəkil özü açıqlama verib.

O bildirib ki, Kekalov vəkili ilə əlaqə saxlayaraq ondan imtina etdiyini deyib. Xanım vəkilin sözlərinə görə, daha sonra keçmiş müvəkkili bu qərarını görüşdə də təsdiqləyib, dövlət hesabına vəkillə təmin edildiyini bildirib: "Mən ona hüquqlarını izah etdim, müdafiəsinə bir neçə vəkilin qoşula biləcəyini bildirsəm də, dedi ki, yox, ehtiyac yoxdur". 

Qeyd edək ki, "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!