Məhərrəm Əliyev səfir kimi işə başladı 

saytların hazırlanması

Evə çatdırılma

Məhərrəm Əliyev səfir kimi işə başladı 

Siyasət

05 Yanvar 2024 21:16 1191


Yanvarın 5-də Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Şərqi Avropa ölkəsinin XİN başçısı Sergey Aleynikə etimadnaməsinin surətini təqdim edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Görüş zamanı tərəflər Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.  Sezar pizza

Bundan başqa, diplomatlar yüksək və ən yüksək səviyyədə qarşıdan gələn səfərlərin təşkilinə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, iki ölkə arasında əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin razılaşdırılmasına xüsusi diqqət yetirilib. 

Eyni zamanda, tərəflər Belarusla Azərbaycan arasında strateji tərəfdaşlığa uyğun olaraq əlaqələrin daha da inkişafına diqqət yetirdiklərini təsdiq ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!