Məhkəmə eks-baş nazirin həbsinə qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə eks-baş nazirin həbsinə qadağa qoydu

Dünya

19 Oktyabr 2023 16:22 393


Pakistan məhkəməsi keçmiş baş nazir Navaz Şərifin həbsinə qadağa qoyub.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, 4 il sürgündən sonra onun Şənbə günü vətənə dönəcəyi gözlənilir.

Bu barədə eks-hökumət başçısının vəkili Əzəm Nazir Tarar danışıb. Toyuqlu pizza

O, bildirib ki, Şərif girov müqabilində azad edilib və bu, hakimiyyət orqanlarının onu oktyabrın 24-də məhkəmə qarşısına çıxana qədər həbs etməsinə imkan vermir.

N. Şərif 2018-ci ildə iki korrupsiya ittihamı ilə mühakimə olunub. 2019-cu ildə məhkəmə ona müalicə üçün Londona getməyə icazə verib.

Xatırladaq ki, Navaz Şərifin kiçik qardaşı Şahbaz Şərif 2022-ci ildən etibarən Pakistan baş naziridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!