Məhkəmə ərini bıçaqlayan qadını həbs etmədi 

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə ərini bıçaqlayan qadını həbs etmədi 

Kriminal

31 Oktyabr 2023 14:37 1130


Tərtər rayonunda həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan 32 yaşlı Sona Quliyevanın (şərti) məhkəməsi başa çatıb. 

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Quliyeva Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib. 

Bildirilib ki, bu ilin martında Tərtərin kəndlərindən birində yaşayan qadın həyat yoldaşının telefonda başqa qadınla yazışmasını görüb. Bundan əsəbiləşən S.Quliyeva əri Ə.Quliyevə (şərti) etiraz edib. Nəticədə tərəflər arasında münaqişə baş verib. Bu zaman 32 yaşlı qadın bıçaq götürərək ərinə zərbə endirib.  pizza sifarişi

Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib və onun həyatı xilas edilib. 

Məhkəmənin 27 oktyabr tarixli hökmü ilə S.Quliyevaya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Bir sıra yüngülləşdirici hallar nəzərə alınaraq cəza 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!