Məhkəmə Nərgiz Absalamova barəsində qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə Nərgiz Absalamova barəsində qərar verdi

Kriminal

24 Fevral 2024 15:20 1380


Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində keçirilən iclasda elan olunub.

Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. pizza mizza

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!