Məhkəmə niyə bu gün keçirildi? - “İran bununla Azərbaycana mesaj verir ki...”

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmə niyə bu gün keçirildi? - “İran bununla Azərbaycana mesaj verir ki...”

Siyasət

27 Yanvar 2024 20:44 980


“Təqsirləndirilən şəxsin məhkəməsinin bu gün keçirilməsinin səbəbi sadədir. Bununla da İran dövləti öz sifarişi ilə etdiyi bir işi zamanla unutdurmağa çalışır. Tehran demək istəyir ki, mən istədiyim anda, istədiyim forma ilə hərəkət edə bilərəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Analitik ötən ilin bu günü Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən terrorçu Yasin Hüseynzadənin məhkəməsinin bu gün keçirilməsindən, habelə sözügedən terror hadisəsi ilə bağlı cinayət işinin yekunlaşmamasının səbəblərindən söz açıb. Pepperoni pizza

Siyasi təhlilçinin fikrinə görə, aydın məsələdir ki, Azərbaycan Tehrandakı səfirliyini hələlik bərpa etməyəcək:

“Dəfələrlə İran Xarici İşlər Nazirliyindən açıqlama gəlib, eləcə də İran prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə tezliklə səfirliyin bərpası məsələsindən söz açmışdı. Azərbaycan dövlətinin fikrincə isə ədalətli qərar çıxmayınca, rəsmi Bakı bu addımı atmayacaq. Məhkəmə prosesinin bu qədər uzanmasının səbəbi detalların axtarılması ilə bağlı deyil. Sadəcə olaraq, bu, Tehran rejimi tərəfindən verilən mesajdır”.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, dövlətlər bir-birilərinə hansısa tarixi günlərlə bağlı atdıqları addımlarla siyasi mesajlar verirlər:

“Tehran bununla deyir ki, “mən zamanı uzatdım, indi məhkəməni keçirirəm və istəsəm, heç məhkəməni də keçirmərəm”. Əslində, məhkəmənin bu gün keçirilməsinin arxasında dayanan mesaj budur. Çünki bunun başqa bir anlamı yoxdur. Biz bilirik ki, adətən, cinayət hadisəsi baş verəndə, onu isti izlərlə 4-5 ay ərzində araşdırıb yekun nəticə ortaya qoyulur. Hətta peşəkarlıqla hazırlanan ağır cinayətlərin istintaq müddəti belə 1 il çəkmir. Burada isə konkret olaraq qatil və zərərçəkən məlumdur, baş verən hadisə ortadadır, lakin bununla belə hadisəni uzadırlar”.

Müsahibimizin qənaətinə görə, Azərbaycan dövləti hələlik səfirliyi açmaq niyyətində deyil:

“Burada İran da zamana oynayır. İnanmıram ki, məhkəmə prosesi yaxın bir neçə gündə bitəcək. Bəlkə də bu məhkəmə 2-3 il davam edəcək və İran bu məsələni uzadacaq, çünki özünün sifarişidir. Məhkəmənin bu qədər uzadılmasının səbəbi isə ondan ibarətdir ki, qatil onun qətlinə sifariş verənləri bilir. Ona görə də qatili bir müddət sonra hər hansı bir formada aradan götürülməlidir. Əgər indi aradan götürülsə, iş İran hökumətinin üzərində qalacaq. Amma bir müddət sonra qatil Yasin Hüseynzadə ölsə, artıq deyəcəklər ki, istintaq prosesi zamanı öldü və s. Bu zaman isə artıq məsələni ört-basdır etməyə çalışacaqlar. Ona görə də Tehran rejimi məsələni uzadır və bu proses qısa zamanda həll olunmayacaq”.

“Azərbaycan tərəfinə gəldikdə isə rəsmi Bakı yekun nəticə əldə etmədən Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpasına razılıq verməyəcək. Bakı icazə versəydi, çoxdan edərdi, çünki üstündən 1 il keçib. Etmirsə, deməli, Azərbaycan dövlətinin fikri bu məsələdə tam yekun nəticəni gözləməkdən ibarətdir ki, nəticə əldə olunsun və ondan sonra biz qərar verək ki, nə etmək olar” – deyə o, fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!