Məhkəmə Suriyada döyüşən azarbaycanlılara dair qərar çıxardı

Məhkəmə Suriyada döyüşən azarbaycanlılara dair qərar çıxardı

Kriminal Veb saytların hazırlanması

13 Sentyabr 2023 10:03 505


Bakı Apellyasiya Məhkəməsində Suriyada Bəşər Əsəd hökumətinə qarşı vuruşmaqda, orada təlimlər keçməkdə təqsirləndirilən Mehman Qarayev və Rövşən Rəhimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, onlar 2013-cü ildə Suriyaya gedib, orada vuruşublar. Bir müddət sonra da geri qayıdıblar.

Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda), mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham irəli sürülüb.

Hər iki şəxs elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!